Paytaxtda 2 qadını maşın vurub öldürdü

01.04.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, E.Qəhrəmanov idarə etdiyi “Vaz” markalı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi ərazisində yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Ağır xəsarətlər alan qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.

Oxşar hadisə ötən gecə saat 22 radələrində Xətai rayonunda da qeydə alınıb. Belə ki, Şamxal Şirinov sərxoş halda idarə etdiyi “BMW” markalı avtomobillə Məhəmməd Hadi küçəsində yolu keçən qadını vurub.

Ağır xəsarətlər alan Bahar Əsgərova hadisə yerində vəfat edib.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью