Paytaxtda ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb

06.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 fevral, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində ağacların qanunsuz kəsilməsi faktlarını aşkar ediblər.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonu Abay döngəsi, 360-cı məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25 min 680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью