Paytaxtda avtobusun iştirakı ilə zəncirvari qəza VİDEO

06.03.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 5-də Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

News24.az xəbər verir ki, Binəqədi rayonu ərazisində 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus “Mercedes” markalı yük maşını və “Ford” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra idarəetmədən çıxan avtobus yol kənarında dayanmış “Toyota Prius”a çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib, yolda güclü tıxac yaranıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb./qafqazinfo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью