Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

28.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

BakI, 28 sentyabr, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb.

Bu barədə AZƏRTAC-a BŞDYPİ-dən məlumat verilib.

Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью