Paytaxtda “Bakı Su Həftəsi” keçiriləcək | Icma.az
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq. 10–12 sentyabr tarixlərində 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water
Sərgidə su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər, müasir dünya tərcübəsi nümayiş olunacaq.
Sərgi dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri bir araya toplayacaq.Dünyada su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin təsiri bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir.
Azərbaycan üçün də su təhlükəsizliyi prioritet istiqamətlərdəndir.
Dövlət tərəfindən həyata keçirilən layihələr bu sahədə davamlı inkişafı təmin etməyi hədəfləyir.
Son illər Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində ölkədə bir sıra mühüm layihələr həyata keçirilib: suvarma sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi, irriqasiya sistemlərinin bərpası, duzsuzlaşdırma texnologiyalarının tətbiqi, o cümlədən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihələr həyata keçirilir.Bakı Su Həftəsi sərgisində ölkənin su təchizatı sahəsində ölkədə görülən və görüləcək genişmiqyaslı işlər nümayiş olunacaq.
Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan Bakı Su Həftəsi bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır.Bakı Su Həftəsi dövlət qurumları ilə yanaşı, özəl sektora və mütəxəssislərə yeni ideyalar əsasında problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq, həmçinin yeni təşəbbüslər və səmərəli işgüzar əlaqələrin qurulması, ölkəmizdə su ehtiyatlarının idarə olunmasında effektivliyin artırılmasına yeni töhfələr verəcək.Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edəcək.
Sərgidə təqdim olunacaq məhsul və xidmətlər çoxşaxəlidir: analiz və laboratoriya texnologiyaları; bank xidmətləri; borular və boru kəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları; daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri; drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexniki qurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə və nəzarət texnologiyaları; su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya və kommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; su təsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyun duzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularının axıdılması və emalı sistemləri.Tədbirin ilk günü təqdimat zonasında “Su təmizlənməsi üçün kompleks həllər” və “Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi” adlı təqdimatlar, "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlı keys sessiyası, “Xəzər dənizinin mövcud vəziyyəti, problemləri və həll yolları” adlı ekspert sessiyası, həmçinin “Tullantı sularının dayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda” adlı sessiya keçiriləcək.
Tam oxu
Xəbəri oxu