Paytaxtda bir qədər əvvəl quraşdırılan tumbalar kəsildi Avtomobillər yenidən səkidə park edilir

28.04.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət öncə "Neftçilər" metro stansiyasının çıxışında avtomobillərin əraziyə daxil olmasının qarşısını almaq məqsədilə plastik tumbalar quraşdırılmışdı.

BAKU.WS xəbər verir ki, hazırda həmin tumbaların kəsildiyi və ərazidə yenidən avtomobillərin park edildiyi müşahidə olunur.

Bu vəziyyət xüsusilə pik saatlarda ərazidə ciddi sıxlıq yaradır və piyadaların hərəkət etməsini çətinləşdirir. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini istəyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью