Paytaxtda çoxmərtəbəli binada yanğın olub

11.10.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

"Unikal" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью