Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda velosiped və skuter istifadəçiləri üçün daha bir mikromobillik zolağı istifadəyə verilib.
“Yeni Sabah” xəbər verir ki, Azadlıq prospektinin Dilarə Əliyeva və Xaqani küçələri arasında yerləşən hissəsində yeni mikromobillik zolağı təşkil olunub.
Yeni zolaq 28 May, Nizami və Xaqani küçələrindəki mikromobillik zolaqlarını birləşdirir. Bununla da velosiped və skuter istifadəçilərinin şəhərdə daha rahat hərəkət etməsi üçün imkanlar genişləndirilir. pizza sifarişi
Qeyd edək ki, Bakıda mikromobillik zolaqlarının ümumi uzunluğu 67,8 kilometrə çatdırılıb.