Paytaxtda duru yanacağın qiyməti 43% ə yaxın artıb

26.08.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində duru yanacağın qiyməti 2024-cü ilin müvafiq dövrünə nisbətən 42,7% artıb.

Bakıvaxtı.az bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, hesabat dövründə bərk yanacağın qiyməti ötən illə müqayisədə 6,1% artıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə duru yanacağın qiymətində artım olmayıb, bərk yanacağın qiymətində isə 5,1% artım olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью