Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11% artıb

29.05.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11% artaraq 2 milyard 134,5 milyon manat təşkil edib.

Bu barədə “APA-Economics” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 778,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 83,3 faizinə bərabər olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью