Paytaxtda əməliyyat: 71 kq narkotik müsadirə olundu

04.05.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 71 kq narkotik vasitə və 13 min ədəd həb aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, paytaxt ərazisində keçirilən əməliyyat zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью