Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı VİDEO

28.07.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisələr iyulun 27-də səhər saatlarında qeydə alınıb.

Belə ki, Nərimanov rayonu ərazisində yol kənarında yerləşən ağac kökündən qoparaq dayanmış vəziyyətdə olan 77-CD-174 dövlət qeydiyyat nişanlı “KIA” markalı avtomobilin üzərinə aşıb. Həmin ərazidə yerləşən yaşayış məhəlləsinin həyətində də daha bir ağac qırılıb. Xoşbəxtlikdən yaxınlıqda avtomobil olmadığı üçün ağac yolun kənarına düşüb və ciddi ziyan qeydə alınmayıb.

Oxşar hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində də baş verib. Güclü küləyin təsirindən nəhəng ağac obyektin qarşısında park edilmiş 77-NJ-308 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin üzərinə aşıb.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində də əlverişsiz hava şəraiti fəsadsız ötüşməyib. Kökündən qopan ağac yaşayış məhəlləsində park edilmiş 88-BR-298 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin üzərinə düşərək ona ziyan vurub.

Xoşbəxtlikdən hər üç hadisə zamanı avtomobillərdə və ətrafda insanlar olmadığından xəsarət alan olmayıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью