Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrdir

28.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində Bakı şəhərinin mərkəzi hissəsində başlayıb və bitən, fərdi minik avtomobilləri, taksi, velosiped və skuterlərlə həyata keçirilən səfərlərin 19,7 faizi mikromobillik vasitələrinin payına düşür.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövründə bu rəqəm 12 faiz təşkil edirdi.

Paytaxtda mikromobillik zolaqlarının ümumi uzunluğu 67,8 kilometrdir.

Dövlət Proqramına əsasən, zolaqların uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью