Paytaxtda moped və skuter oğurlayan şəxslər saxlanılıblar

20.10.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Paytaxtın müxtəlif ərazilərində 2 ədəd mopedin oğurlanması və zərərçəkənlərə ümumilikdə 3000 manat dəyərində ziyan vurulması barədə polisə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş B.Əhmədov və H.Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью