Paytaxtda nəhəng ağac “Mercedes”in üzərinə düşdü VİDEO

23.09.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın mərkəzi küçələrindən birində xoşagəlməz hadisə qeydə alınıb. 

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 22-də axşam saatlarında baş verib. Belə ki, irigövdəli ağac qırılaraq yaxınlıqda park edilmiş “Mercedes” markalı mikroavtobusun üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. 

Qəzadan bir müddət sonra əraziyə yaşıllaşdırma idarəsinin əməkdaşları cəlb olunub, qəzalı ağac hissələrə bölünərək götürülüb.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью