Paytaxtda oğurluq edənlər saxlanılıblar

28.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 yanvar, AZƏRTAC

Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib. Rayon sakini polisə müraciət edərək “Tufan” markalı mopedinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən H. Həsənov və E. Məmmədov saxlanılıblar.

Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N. Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью