Paytaxtda qanunsuz tikili söküldü Fotolar

19.06.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azadlıq prospekti 13 ünvanında  çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib. 

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. 

Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью