Paytaxtda qəza oldu, işıqfor yararsız vəziyyətə düşdü

11.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, qəza zamanı 1 ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью