Paytaxtda “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası

28.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 27-də “Nargis” Fondu­nun təşkilatçılığı ilə paytaxtın Fəv­varələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. Bu il yeni tərtibatla təqdim olu­nan yarmarka “Qış dostu” adlanır. Yarmarkanın əsas simvolları olan ayı və pinqvin dostluğun və həmrəyliyin dünyanı daha gözəl etdiyini nümayiş etdirir.

Bu il yarmarkanın ərazisi genişləndiri­lib. Ziyarətçilər üçün 60 böyük və 20 kiçik dekorativ ev, üç fotoköşk, üç ikimərtəbəli restoran, xüsusi oyun və əyləncə zonası yaradılıb. İlk dəfə olaraq ərazidə xüsusi dizayn edilmiş 11 rəngarəng metal kon­teyner də quraşdırılıb.

Yarmarkanın builki yenilikləri arasın­da ziyarətçilərin içərisinə daxil olaraq foto çəkdirə biləcəkləri xüsusi konstruksiyalı Yeni il ağacı da var. Pinqvin və ayı obraz­lı maskotlar isə xüsusilə uşaqlara bayram əhvali-ruhiyyəsi bəxş edir. 2013-cü ildən keçirilən “Soyuq əllər, isti ürək” yarmar­kası əyləncə və bayram tədbiri olmaqla yanaşı, xeyriyyə missiyası ilə də seçilir. 

Ənənəyə uyğun olaraq, internat mək­təblərinin, uşaq evlərinin və sosial xidmət müəssisələrinin sakinləri də yarmarkanın fəxri qonaqları olacaqlar. Fond xeyriyyə fəaliyyətinin maliyyə hesabatını və nəti­cələrini rəsmi internet səhifəsində və so­sial şəbəkə hesablarında açıqlayacaq. Bu il ziyarətçilərə daha geniş mətbəx çeşidi, əl işləri, suvenirlər və bayram hədiyyələri təqdim olunur. 

Yarmarka 2027-ci il yanvarın 5-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliy­yət göstərəcək. Əraziyə giriş ödənişsizdir.

Yeni il marafonunun rəsmi tərəfdaşla­rı “Azərişıq” ASC, Bakı Şəhər İcra Haki­miyyəti, Bakı Abadlıq Xidməti, Azərbay­can Dövlət Reklam Agentliyi (ADRA), “Epoint” və “PAŞA Holding” Təhlükəsiz­lik Xidmətidir.

Yeni il qabağı xeyriyyə aksiyası “PAŞA Holding”, “Coca-Cola”, “Azer­cell” və digər sponsorların dəstəyi ilə təş­kil olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью