Paytaxtda “Təmiz hava” aylığı ilə bağlı yoxlama; qayda pozanlar CƏRİMƏLƏNDİ VİDEO | Icma.a…
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı şəhəri ərazisində “Təmiz hava aylığı” ilə əlaqədar yol polisinin təşkili ilə əlaqədar tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə bu gün keçirilən tədbirin məqsədi atmosferin avtomobillərin ixrac etdiyi qazların tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.
“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb.
Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbətlər apararaq onlara qanunvericiliyin tələblərini izah edib.
Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb.
Bəzi sürücülərə isə xəbərdarlıq edilib. Əksər sürücülərin avtomobilləri normalara cavab verib.
DYP əməkdaşları həmin sürücülərə təşəkkürünü bildirib. Tədbir zamanı avtomobili zərərli qazları normadan artıq ixrac edən sürücülər barəsind
Tam oxu
Xəbəri oxu