Paytaxtda tıxaca səbəb olan şəxs həbs edilib

07.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 7-də paytaxtda hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaradan şəxs saxlanılaraq həbs edilib.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью