Paytaxtda tıxacları azaldacaq yeni prospekt inşa edilir

16.06.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ölkə Az" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, layihə çərçivəsində Abşeronun şimal-qərb hissəsi Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa əlaqələndiriləcək. Yeni yolun Heydər Əliyev prospektinə qədər uzadılması planlaşdırılır.

Məlumata görə, inşa ediləcək magistral Mehdiabad və Binəqədi istiqamətindən başlayaraq Binəqədi şosesi ilə birləşəcək və şəhərdaxili nəqliyyat axınının daha balanslı paylanmasına imkan yaradacaq.

Layihənin həyata keçirilməsi nəticəsində xüsusilə Binəqədi, 20 Yanvar və Ziya Bünyadov prospekti istiqamətində müşahidə olunan sıxlığın azalacağı, alternativ marşrutların formalaşacağı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью