Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Milli Hidrometeorologiya Xidməti dekabrın 10-u saat 17:00-a olan faktiki hava açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensivdir.
Oğuz, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır.
Şərur, Ordubad, Sədərək, Daşkəsən, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur.