Paytaxtda yaşayış binasında yanğın Üç nəfər zəhərləndi

11.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda yanğın zamanı üç nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib. Ümumi sahəsi 23 m² olan ikiotaqlı mənzilin mətbəxində mebel iki poqonometr və məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən üç nəfər bina sakini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью