Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Təhsil haqqı sadəcə inzibati bir rəqəm deyil — keyfiyyət standartlarının və bazar iqtisadiyyatının təbii nəticəsidir. İT, mühəndislik və tibb kimi ixtisaslarda laboratoriya, proqram təminatı və müasir kampus xərcləri baza qiymətini artırır. Kadr və beynəlxalq proqramlar: İngilis dilli tədris, xarici mütəxəssislərin cəlbi və ikili diplom lisenziyaları əlavə maliyyə tələb edir”.
Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ekspert bildirib ki, tələb-təklif və brend dəyəri: Yüksək keçid balı olan, məzunları rahat iş tapan universitetlər öz xidmət dəyərini bazar qanunlarına uyğun tənzimləyir:
“Özünümaliyyələşdirən və ya paytaxtda yerləşən ali məktəblərin əməliyyat xərcləri daha yüksək olur”.
Sevinc Qarayeva