Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı

12.11.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Sabunçu rayonunda, Asif Əsədullayev küçəsində (Komsomol dairəsi) yolun ortasında kanalizasiya lyukunun qapağı açıqdır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, yolun hərəkət hissəsinin ortasında yerləşən lyukun qapağı artıq iki gündür açıq vəziyyətdədir.

Sürücülərdən biri bildirib ki, iki gün əvvəl yağışlı hava şəraitində açıq lyuku görməyərək avtomobili həmin çuxura salıb. Nəticədə avtomobilin diski qırılıb və sürücü maddi ziyana düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью