Paytaxtdakı qəza tıxaca səbəb oldu FOTO

14.11.2024

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Paytaxtın "20 Yanvar" dairəsində yol nəqliyyat hadisəsi baş verib. 
Demokrat.az xəbər verir ki, hərəkətdə olan "BakuBus" avtobusu ilə "Kia" markalı avtomobil toqquşub. Qəza nəticəsində avtobusun şüşələri sınıb, avtomobilə ziyan dəyib. Avtomobili idarə edən qadın olub. 
Qəzaya görə "20 Yanvar" dairəsində tıxac yaranıb.

Törə Zeynallı 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью