Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır Qərar verildi

08.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Yəmən hakimiyyəti 2015-ci ildən mühafizəkar "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan ölkənin rəsmi paytaxtı Səna şəhəri üzərində nəzarəti bərpa etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Yəmən müdafiə nazirinin köməkçisinin sözlərinə görə, Sənanın azad edilməsi barədə qərar artıq qəbul olunub. O bildirib ki, bu addımla husilərlə qarşıdurma məsələsi tam həllini tapacaq.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında hərbi qarşıdurma davam edir. 2026-cı ilin yayında ölkədə vəziyyət yenidən kəskinləşib. Avqustun 14-də "Ənsar Allah" dəstələri Qırmızı dəniz sahilində yerləşən Muxa limanına kütləvi raket zərbəsi endirib və nəticədə limanın fəaliyyəti tamamilə dayanıb.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью