Paytaxtın bəzi ərazilərində işıqlar kəsiləcək

06.11.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Bu barədə Sherg.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonu Əli Vəliyəv 16 ünvanında saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью