Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

23.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində "Qaz İxrac" İdarəsinə məxsus
magistral qaz kəmərləri üzərində aparılacaq təmir-quraşdırma işləri və Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 24.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "APA-Economics" ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin, Binə və Qala qəsəbələrinin, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinin, Nəsimi rayonu üzrə isə Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью