Paytaxtın bu ərazilərində bir sutka su olmayacaq

06.04.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Paytaxtın Nərimanov rayonu “Montin” yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə 7 aprel saat 09:00-dan 8 aprel səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. 
Bildirilib ki, fasilənin yaranmasına səbəb Nərimanov rayonu ərazisindən istismar müdəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar görülən işlərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью