Paytaxtın bu ərazilərində qaz kəsiləcək KONKRET

04.11.2024

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə 05.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Xətai rayonunun Corad və Ş.Səmədov küçələrinin, eləcə də H.Aslanov qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью