Paytaxtın bu ərazisində qaz kəsiləcək

05.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə C. Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью