Paytaxtın bu ərazisində qaz olmayacaq

28.11.2024

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Azəriqaz” İB-dən bildirilib. 

Qeyd olunub ki, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью