Paytaxtın bu ərazisində qaz olmayacaq

29.11.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya "Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью