Paytaxtın bu rayonunda sakinlər illərdir su üzünə həsrətdirlər

13.06.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İllərdir bu küçəyə su gəlmir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 42-ci Lökbatan küçəsində yaşayan sakinlər bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. Onlar bildirilər ki, 3 ilə yaxın müddətdir içməli su üzünə həsrət qalıblar.

Sakınlər bildirilər ki, digər küçələrə su fasilələrlə də olsa verilir. Amma 42 ci lökbatan küçəsi su üzünə həsrətdir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su təchizatı xidmətindən bildirildi ki, qeyd olunan ərazi relyef baxımdan hündürdə yerləşir. Həmin ərazinin içməli suyu qrafiklə gündə 2 dəfə nasoslar vasitəsilə təmin olunur.

Ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью