Paytaxtın əsas girişində hərəkət dayanır Xəbərdarlıq

02.09.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd ounub ki, təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.
"Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью