Paytaxtın iki rayonunda su olmayacaq

15.09.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatı sentyabrın 16-sı saat 09:00-dan başlayaraq sentyabrın 17-si gün ərzində məhdudlaşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью