Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Mirzəağa Əliyev küçəsində mikromobillik və avtomobillərin hərəkəti üçün nəzərdə tutulan zolaqlardan əlavə daha bir zolağın olması müzakirə mövzusu olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı ötən gün radioaparıcı Tural Yusifov öz sosial hesabında paylaşım edib.
Paytaxtın mərkəzində yeni ZOLAQ MÜƏMMASI: Səki, yoxsa hərəkət zolağı?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mübahisəli zolaq məhz piyadaların rahatlığı və təhlükəsizliyi üçün yaradılıb.
"Paytaxtın Mirzəağa Əliyev küçəsində aparılan yenidənqurma işlərindən sonra asfalt örtüyü yenilənib.
Bundan sonra AYNA tərəfindən küçədə hərəkət zolaqları yenidən təşkil olunub.
Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.