Paytaxtın mərkəzindəki velosiped zolağına çəkilən boya ƏTRAFA YAYILIB

20.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən ay istifadəyə verilmiş və Bakı şəhərinin nəqliyyat infrastrukturunda mühüm rol oynayan "28 May" Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) ərazisində çəkilən mikromobillik zolağı son günlərdə müzakirə mövzusuna çevrilib.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə mikromobillik zolağına çəkilən boyanın ətrafa yayıldığı müşahidə olunub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən bildirilib ki, bu cür mənzərə həmin zolağın kiçik bir hissəsində aparılan təmir işləri zamanı qeydə alınıb.

"Ən qısa zamanda zolağın boyası bərpa edilib və artıq ərazidə heç bir nöqsan mövcud deyil".

Xatırladaq ki, "28 May" Nəqliyyat Mübadilə Mərkəzi 2024-cü il noyabr ayının 7-də istifadəyə verilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью