Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Amerikalı reper "P.Diddi"nin (əsl adı Şon Kombs) azadlığa buraxılacağı tarix irəli çəkilib.
Axşam.az xəbər verir ki, sənətçi əvvəlcədən nəzərdə tutulan 2 mart 2028-ci il əvəzinə, 6 fevral 2028-ci ildə azadlığa çıxacaq.
Qeyd edək ki, reper ötən ilin oktyabrında Nyu-York məhkəməsinin qərarı ilə fahişəliyə cəlbetmə məqsədilə insan daşımaqda iki epizod üzrə təqsirli bilinərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Nyu-Cersi ştatındakı Fort-Diks federal həbsxanasında saxlanılır.