Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən professor-müəllim heyəti və əməkdaşlar üçün “Microsoft Sertifikatlı Təlimçi” (Microsoft Certified Educator – MCE) imtahanına hazırlıq təlimləri təşkil edilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, təlimlər pedaqogika üzrə fəlsəfə doktoru Vüsalə Əliyeva, baş müəllim Rumiyyə Camalova, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova və baş mütəxəssis Elnarə Allahverdiyeva tərəfindən keçirilib.
“Microsoft Sertifikatlı Təlimçi” imtahanında uğurlu nəticə əldə edən iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.