Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında ADPU ilə Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) birgə təşkilatçılığı ilə 2-5 sentyabr tarixlərində təşkil olunan “Mexanikada yeni trendlər” (New Trends in Mechanics) I Beynəlxalq Elmi Konqresin və 24-cü Milli Mexanika Konqresinin paralel sessiyaları keçirilib.
Sessiyadan əvvəl Beynəlxalq Konfransın Təşkilat Komitəsinin üzvləri Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla birlikdə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi önünə tər çiçəklər düzüblər.
Ulu Öndərin əziz xatirəsinə ehtiram göstərilib. Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı İlqar Mahmudov Azərbaycan Respublik
Diqqətə çatdırılıb ki, Qubada digər sahələr kimi təhsil də sürətlə inkişaf edir.
Əminliklə qeyd olunub ki, ADPU-nun Quba filialının ev sahibliyi etdiyi sessiyalar uğurla başa çatacaq.
Təşkilat Komitəsinin üzvləri Azərbaycanın hər yerində olduğu kimi Qubada şahidi olduqları hərtərəfli inkişafdan məmnunluqla bəhs edərək, ətrafdakı təbii gözəlliyə heyran qaldıqlarını ifadə ediblər.
Pedaqoji Universitetin Quba filialında təşkil olunan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.