Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 4 iyun, AZƏRTAC Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyasına start verilib.ADPU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 4-də rektor professor Cəfər Cəfərov universitetdə yaz semestrinin imtahan sessiyasının gedişini izləyib.Rektor İmtahan Qərargahı və Apellyasiya Komissiyasının işi, eyni zamanda, imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.ADPU-da yaz semestrinin imtahan sessiyası yazılı və şifahi formada təşkil edilir və iyulun 4-dək davam edəcək.
Sessiyada 9344 bakalavr, 585 magistrant olmaqla ümumilikdə 10 minədək təhsilalanın iştirakı gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.