Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlıAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında anım mərasimi keçirilib.
Mərasimdə filialın rəhbərliyi, professor və müəllim heyətinin nümayəndələri iştirak ediblər.
Təyyarə qəzası ilə əlaqədar filialın foyesində müvəqqəti guşə düzəldilib.
Faciəni acılarını özündə əks etdirən foto qarşısına tər çiçəklər düzülüb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev çıxışında diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin hadisə səbəbindən təyyarə ilə digər ölkənin hava məkanından Vətənə geri dönməsi Azərbaycan dövlətinin daim öz vətəndaşı yanında olmasının bariz nümunəsi, dövlət mexanizminin çevik fəaliyyətinin göstəricisidir.
Dövlətimizin başçısı çevik qərarlarla faciənin əsl səbəbinin üzə çıxması üçün zəruri tədbirlər görüb.Beynəlxalq ictimaiyyət, nüfuzlu dövlət və hökumət adamları, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidenti ilə həmrəylik nümayiş etdiriblər.
Filialın direktor müavini İsmayıl Mahmudov faciə barədə fikir və düşüncələrini bölüşüb.