Pediatr: İlk 6 ay körpəyə ana südündən əlavə maye verilməməlidir

05.08.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İlk altı ay ərzində körpənin qidalanması üçün ana südü kifayət edir və əlavə maye verilməsinə ehtiyac olmur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, ilk altı ay ərzində körpəyə ana südü verilməsi tövsiyə olunur. Bu dövrdə əlavə maye, o cümlədən su verilməsinə ehtiyac yoxdur.

"Ana südü körpənin enerji və maye tələbatını tam şəkildə ödəyir”, – deyə Aygün Məmmədova qeyd edib.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью