Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır. "Gələn ilin ikinci yarısından ambulator müalicə üçün dərman vasitələri ilə təmin e
Onun sözlərinə görə, beyin və boyun anevrizmalarının endovaskulyar üsulla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya (EVLA) intraabdo
Artıq bu qərar qəbul olunub. İnsanlar sığorta ilə xəstə qəbul edən həkimlərin yanına getməkdən qorxmamalıdırlar.
Ümumiyyətlə dünyanın heç bir ölkəsində, ilk vaxtlar, tibbi sığorta normal relsə düşməyib. Azərbaycanda da bu islahat ilkdir.
Çətinliklər var, amma mən müsbət qiymətləndirirəm. Digər tərəfdən özəl və dövlət xəstəxanası arasında çox fərq var.
Özəl xəstəxana özünü dolandıracaq sahibkarlıq subyektidir. Dövlət xəstəxanası isə dövlətin tabeçiliyindədir.
Əsas fərq odur ki, ən peşəkar həkimlər özəl xəstəxanada çalışmaq istəyirlər. Çünki orada qazanc daha çox olur.
İnsanlarımızın özəldə də, dövlətdə də axtardığı həkimin peşəkarlığıdır. Peşəkar həkim harada çoxdursa, xəstələr də ora gedir”.