Pediatriya Mərkəzinin keçmiş rəhbəri bu klinikada direktor oldu

12.06.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Respublika Pediatriya Mərkəzinin rəhbəri, tanınmış uzman həkim Azər Əhmədova yeni vəzifə verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, o, “Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.

Qeyd edək ki, A.Əhmədov bundan əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, mayın 12-də vəzifəsindən azad olunub.

Həkim daha əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью