Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Oktyabrın 17-dən etibarən Qazaxıstanda pedofiliyaya görə məhkum olunanlarla bağlı yeni qaydalar qüvvəyə minəcək.
Reyting.az xəbər verir ki, bu barədə Orda.kz saytı məlumat yayıb.
Deyilir ki, həbs müddətinin bitməsinə azı 12 ay qalmış cəzaçəkmə müəssisəsinin əməkdaşları materialları məhkəməyə təqdim etməlidirlər. Bundan sonra məhkum məhkəmə-psixiatriya ekspertizasından keçəcək. Mütəxəssislər həmin şəxsin cinsi zorakılığa meylinin olub-olmadığını müəyyən edəndən sonra kimyəvi kastrasiya (axtalama) şəklində məcburi tədbir tətbiq oluna bilər.
V. QULİYEV