Pedri Flikin Barselonadakı sərt qaydalarından danışdı

05.11.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona"nın yarımmüdafiəçisi Pedri bu gecə "Martinez y Hermanos" proqramında qonaq olacaq. 

Fanat.Az xəbər verir ki, artıq proqramın anonsu İspaniyada yayımlanıb. 

Məlum olub ki, Pedri verilişdə yaydan komandaya rəhbərlik edən baş məşqçi Hans-Diter Flikin cəza sistemindən danışacaq. O, anonsda punktuallığa çox ciddi yanaşan alman məşqçinin maddi və digər cəza üsullarını açıqlayıb. 

Pedri həmçinin ingilis dili ilə bağlı problemlərindən, FİFA simulyatorunda Lamin Yamalın zəifliyindən və daha çox şeylərdən danışıb. 

"Barselona" hazırda İspaniya La Liqasına liderlik edir.

Mirağa 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью